Ayxan Abbasovdan uğurlu start

İdman

23.03.2025 09:50

2337

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama görüşünü keçirib.

TodayPress xəbər verir ki, U-21 millisi yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Matç Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Oruc Məmmədov (18) və Sadiq Şəfiyev (25) vurublar.

Qeyd edək ki, yığma növbəti yoxlama görüşündə Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.

Namiq HUN

tag: Futbol,Ayxan Abbasov,Milli,Azərbaycan,todaypress.az,