Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”

İdman

14.03.2025 15:42

1246

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”.   

TodayPress xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov təyinatı ilə bağlı təəssüratlarını bildirib:   

“Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımızda çox böyük iş düşür.

Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”. 

Qeyd edək ki, U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.   

Namiq HUN

tag: Ayxan Abbasov,U21,Futbol,Baş məşqçi,Todaypress.az,