Ayşənli “Vaşaş” finala qələbə ilə başladı

İdman

15.04.2025 12:14

6

Voleybol üzrə Macarıstan çempionatında final seriyasına start verilib. 

TodayPress xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” komandası Macarıstan çempionatının final seriyasına qələbə ilə başlayıb.

“Vaşaş”ın “Bekeşçaba”nı 3:0 hesabı ilə məğlub etdiyi matçda Abduləzimova 12 xal toplayıb.

Qeyd edək ki, “Vaşaş” cari mövsüm artıq Macarıstan kubokunu qazanıb.

Namiq HUN

tag: Macarıstan,Voleybol,Final,Vaşaş,todaypress.az,