Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova "Vaşaş"ın heyətində Macarıstan çempionu titulunu qazanıb.
TodayPress xəbər verir ki, “Vaşaş” “Bekeşçaba” ilə final seriyasından 3:0 hesablı qalibiyyətlə ayrılıb.
Nəticədə “Vaşaş” Macarıstanın ən güclü klubu adını növbəti dəfə qoruyub saxlamağa müvəffəq olub.
3 setdə başa çatan üçüncü görüşdə Ayşən Abduləzimova 10 xal toplayıb.
Qeyd edək ki, daha əvvəl Macarıstan kubokunu qazanan “Vaşaş" qızıl dubl edib.
Namiq HUN
tag: Ayşən Abduləzimova,Voleybol,Macarıstan,Kubok,Todaypress.az,