Aydın Süleymanlı lider kürsüsündədir

İdman

02.02.2025 10:00

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir.

TodayPress xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib.

Bu, idmançımızın yarışda 6-cı qələbəsidir. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

tag: Niderland,Veyk-an-Zee,Tata Steel Chess,Aydın Süleymanlı,todaypress.az,