Ayan Allahverdiyevadan növbəti uğur

İdman

13.06.2024 15:33

Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatına yekun vurulub. 

TodayPress xəbər verir ki, ötən il 18 yaşlılar arasında dünya çempionatının qızıl medalını qazanan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva bu dəfə də mükafata layiq görülüb. 11 turdan sonra 8,5 xal toplayan Allahverdiyeva dünya çempionatının bürünc medalını qazanıb. 

Digər şahmatçılarımız Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.

Namiq HUN

tag: Hindistan, Qandinaqar, Ayan Allahverdiyeva, Şahmatçı, Uğur, todaypress.az,