"Ayaks" yarımmüdafiəni gücləndirir

İdman

18.09.2024 09:45

2990

UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ" klubunun  rəqiblərindən olan "Ayaks" heyətinə yeni futbolçu cəlb edib.

TodayPress xəbər verir ki, "İnter"dən ayrılan Devi Klassen Niderland klubuna keçib. 

Yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı Devi Klassen 2011/17 və 2020/23-cü illərdə də "ağ-qırmızılar"da çıxış edib.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.

Namiq HUN

tag: UEFA, Avropa, Liqa ,Qarabağ ,Amsterdam ,Devi Klassen, todaypress.az,