“Ayaks” ulduzlarını Bakıya gətirəcək

İdman

22.10.2024 10:50

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks”ın zədəli olan iki aparıcı futbolçusunun durumu müəyyənləşib.

TodayPress Niderland KİV-lərinə istinadən xəbər verir ki, “Ayaks” klubunun yarımmüdafiəçisi Cordan Henderson və hücumçu Vaut Veqhorst Azərbaycan çempionu ilə görüşdə iştirak edə biləcəklər. 

Hər iki ulduz zədəsini sağaldıb. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” matçı saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: UEFA, Avropa, Liqa, Qarabağ, Ayaks, todaypress.az,