“Ayaks” çətinliklə mərhələ adladı
İdman
16.08.2024 11:35
UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarından sonra pley-offun bütün iştirakçıları bəlli olub.
TodayPress xəbər verir ki, Niderlandın "Ayaks" klubu çətinliklə mərhələ adlayıb.
Səfərdə "Panatinaikos"a 1:0 hesabı ilə qalib gələn amsterdamlılar, evdə eyni nəticə ilə uduzublar.
Cütün qalibi penaltilər seriyasında məlum olub və komandalar qapılara 34 zərbə vurublar. "Ayaks" 13:12 hesabı ilə qələbə qazanıb.
Bu, avropakuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.
Namiq HUN
tag: UEFA, Avropa, Panatinaikos, Ayaks, Amsterdam, todaypress.az,