"Ay-ulduzlular"ın büdcəsi 15.25 milyon avro zənginləşdi
İdman
08.07.2024 11:15
Futbol üzrə Türkiyə yığma komandasının Avropa Çempionatındakı qazancı bəlli olub.
TodayPress İstanbulticaretgazetesi.com istinadən xəbər verir ki, turnirin 1/4 final mərhələsində mübarizəni dayandıran "ay-ulduzlular" ümumilikdə 15.25 milyon avro gəlir əldə ediblər. Bunun 9.25 milyonu Avro-2024-də iştiraka görədir.
Türkiyənin təkcə qələbəyə görə mükafatı 2 milyon avro olub. Milli 1/8 finala yüksəldiyinə görə, 1.5 milyon, 1/4 -ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.
Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatının 1/4 final mərhələsində Niderland yığmasına 2:1 hesabı ilə uduzduqdan sonra mübarizəni dayandırıb.
Namiq HUN
tag: Ay-Ulduzlar, Avro 2024, Türkiyə, Qələbə, Niderland, todaypress.az,