Avstriya qrup lideri kimi “play-off”a yüksəldi
İdman
25.06.2024 23:27
Futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib. Son turun nəticəsindən sonra Avstriya millisi 1/8 final mərhələsinə qrup lideri kimi yüksəlib.
TodayPress xəbər verir ki, Berlin şəhərində baş tutan görüşdə Niderland komandası Avstriya millisinə 2:3 hesabı ilə uduzub.
Niderlandlı Doniell Malenin avtoqolla hesabı açdığı Olimpiaştadion qarşılaşmasında avstriyalılar Romano Şmid və Marsel Sabitzerin qolları ilə vacib 3 xalı qazanıblar.
Digər oyunda Fransa millisi autsayder Polşa ilə bacarmayıb 1:1. Həm Kilian Mbappe, həm də Robert Levandovski penaltidən fərqləniblər.
Namiq HUN
tag: Berlin, Niderland, Avstriya, Avropa çempionatı, todaypress.az,