Avstriya 3 xalı 3 qolla qazandı

İdman

21.06.2024 22:19

Avropa çempionatının D qrupunda 2-ci tur Polşa – Avstriya qarşılaşması ilə start götürüb. Komandalar Berlindəki “Olimpiaştadion” arenasında münasibətlərinə aydınlıq gətiriblər.

TodayPress xəbər verir ki, Polşa – Avstriya duelində hər iki komanda qrupdan çıxmaq üçün qələbə qazanmalı idi. Niderlandla matçda baxımlı oyunla yadda qalan “panlar” cütün favoriti sayılsalar da, oyunda hesabı avstriyalı müdafiəçi Hernot Trauner açdı. Kşiştof Pyöntekin bərabərlik qolundan sonra Polşanın məzmunlu oyununa ümid edənlər bu dəfə yanıldılar.

Avstriya millisi matçın qalan dəqiqələri ərzində Kristof Baumqartner və Marko Arnautoviçin qolları ilə oyundan 3:1 hesablı qələbə ilə ayrıldı. 

Namiq HUN

tag: Avropa çempionatı, Avstriya, Polşa, Niderland, Avstriya millisi,todaypress.az,