Avstraliyalı tennisçi dopinqdə yaxalandı

İdman

23.12.2024 13:33

Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) antidopinq qaydalarının pozulmasına görə avstraliyalı tennisçi Maks Pyorselli yarışlardan kənarlaşdırıb.

TodayPress agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tennisçi antidopinq qaydalarını pozduğunu etiraf edib və müvəqqəti diskvalifikasiya ilə razılaşıb. 

Onun yarışlardan kənarlaşdırılması dekabrın 12-dən qüvvəyə minib. Diskvalifikasiyanın müddəti sonradan müəyyən ediləcək.

26 yaşlı idmançı Peşəkar Tennisçilər Assosiasiyasında (ATP) cütlüklərin reytinqində 12-ci yeri tutur. Onun cütlüklərin yarışında 8 qələbəsi var. Maks 2024-cü ildə ABŞ Açıq çempionatında cütlüklərin yarışında, 2022-ci ildə isə “Uimbldon” turnirində qələbə qazanıb. 

Qeyd edək ki, fərdi yarışlardakı göstəricilərinə görə Maks Pyorsell 105-ci yeri tutur. İdmançının “Böyük Dəbilqə” turnirlərində ən yaxşı nəticəsi ikinci mərhələyə çıxmasıdır.

Namiq HUN

tag: Peşəkar, Tennis, Qüvvə, İdmançı, todaypress.az,