Avstraliyalı idmançı narkotikə görə saxlanıldı
Paris Olimpiadasında növbəti xoşagəlməz hadisə yaşanıb.
TodayPress xəbər verir ki, avstraliyalı otüstü hokkeyçi Tom Kreyq narkotik maddə almaqda şübhəli bilinərək saxlanılıb.
Axtarış zamanı idmançının üzərində bir qram narkotik maddə aşkarlanıb.
Beynəlxalq Olimpiya Komitəsi Avstraliya Milli Olimpiya Komitəsinin məsələni araşdırdığını açıqlayıb.
Otüstü hokkey üzrə Avstraliya yığma komandası 1/4 finalda Niderlanda 0:2 hesabı ilə məğlub olaraq multiidman oyunlarında mübarizəni dayandırıb.
Namiq HUN
tag: Avstraliya, Tom Kreyq, Narkotik, Beynəlxalq, Hokkey, todaypress.az,