Avstraliyalı basketbolçu olimpiadalar tarixinə düşdü
İdman
30.07.2024 09:52
Paris Olimpiadasında keçirilən basketbol yarışında rekord qeydə alınıb.
TodayPress xəbər verir ki, qadınlardan ibarət Avstraliya yığma komandasının 43 yaşlı üzvü Loren Cekson Nigeriya ilə matçda meydana çıxmaqla olimpiadalar tarixində ən yaşlı basketbolçu adına sahib olub.
Cekson meydanda olduğu 13 dəqiqə ərzində 6 xal toplayıb. Lakin o, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Görüş Nigeriya millisinin 75:62 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Paris 2024, Avstraliya, Loren Cekson, Nigeriya, Basketbol, todaypress.az,