Avstraliya millisində koronavirus tapıldı

İdman

24.07.2024 16:20

Avstraliyanın su polosu millisinin beş üzvünün koronavirus testi müsbət çıxıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Fransaya yollanan nümayəndə heyətinin rəhbəri Anna Mirs açıqlayıb.

O, koronavirusun komandaya təsir səbəbindən maskalardan yararlanmalı olduqlarını bildirib. 

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.

Namiq HUN

tag: Avstraliya, Koronavirus, Fransa, Komanda, Yay Olimpiya Oyunları, todaypress.az,