Avropalı tennisçilərin “Böyük Dəbilqə" triumfu

İdman

10.09.2024 10:53

Avropalı tennisçilər "Böyük Dəbilqə" turnirlərinin final görüşlərinin favoritləridirlər. 

TodayPress xəbər verir ki, son 80 yarışın 79-da Avropa təmsilçiləri qələbə qazanıblar. 

Bu üstünlük əsasən kişi tennisçilərin mübarizəsində diqqət çəkir.

Bu nisbətdə yeganə qələbəni aktivinə argentinalı Xuan-Martin del Potro yazdırıb. O, 2009-cu ildə US Opendə isveçrəli Roje Federeri məğlub edərək baş mükafata sahib çıxıb. 

Qeyd edək ki, mövsümün son yarışı olan US Openin finalında amerikalı Teylor Fritslə italiyalı Yannik Siner qarşılaşıb. Appeninli tennisçi hər üç setdə qələbə qazanıb 6:3, 6:4, 7:5.

Namiq HUN

tag: Avropa, Tennis, Böyük Dəbilqə, US, Roje Federeri, todaypress.az,