Avropalı fiqurlu konkisürənlər Estoniyada yarışacaqlar
İdman
06.01.2025 14:08
Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb.
TodayPress xəbər verir ki, fiqurlu konkisürmə üzrə Estoniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti məlum olub.
Yığmamız Tallinn turnirində iki növdə təmsil olunacaq.
Kişilərin fərdi yarışında Vladimir Litvintsev çıxış edəcək. Buz üzərində rəqslərdə isə Samanta Ritter və Denis Brıkalov dueti mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
Namiq HUN
tag: Estoniya ,Kankisürən ,Avropa, Çempionat ,todaypress.az,