Avropa top klublarının yeni şikarı

İdman

03.01.2025 12:26

Avropa nəhəngləri “Sportinq” klubunun vingeri Covani Kuenda üçün yarışa girib

TodayPress xəbər verir ki, 17 yaşlı portuqaliyalı futbolçu PSJ, “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted” kimi top klubların maraq dairəsindədir. 

Avropa nəhənglərindən hər biri qış transfer pəncərəsində Kuenda ilə müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Covani cari mövsüm “Sportinq”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb. Vingerin aktivində 2 qol və 3 məhsuldar ötürmə var.

Namiq HUN

tag: Kuenda ,Transfer, Futbolçu, Klub, todaypress.az,