Avropa qazancı mövqe dəyişmədi
Dünyanın ən güclü futbol məşqçilərinin siyahısı açıqlanıb.
TodayPress xəbər verir ki, siyahıda 500 mütəxəssis yer alıb.
Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1675 xalla dünyada 133-cüdür.
Avrokuboklar mövsümünün arxada qalan hissəsi Qurbanova 2 xal qazandırsa da, bu mövqe dəyişikliyinə səbəb olmayıb.
Qeyd edək ki, siyahıya hesabında 2243 xalı olan “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.
Namiq HUN
tag: Avropa Qazancı, Qurban Qurbanov, Qarabağ, Siyahı, todaypress.az,