Avropa Oyunlarının iştirakçısı 4 illik cəza aldı
Kikboksçu Elşad Şahbazov diskvalifikasiya olunub.
TodayPress AMADA-ya istinadən xəbər verir ki, idmançıdan götürülən test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və markerlərinin mövcudluğu aşkarlanıb.
Elşad Şahbazov 4 il müddəttinə (48 ay) diskvalifikasiya olunub. Onun cəzası 2023-cü ilin 25 noyabr tarixindən hesablanmağa başlayıb.
Qeyd edək ki, Şahbazov Krakovda keçirilən III Avropa Oyunlarının iştirakçısıdır.
Namiq HUN
tag: Kikboks,Elşad Şahbazov,AMADA,Diskvalifikasiya,Todaypress.az,