Avropa Oyunları İstanbulda keçiriləcək

İdman

08.06.2024 15:30

Avropa Milli Olimpiya Komitələri (AOK) İstanbulun 2027-ci ildə keçiriləcək Avropa Oyunlarını qəbul edəcəyini təsdiqləyib.

TodayPress xəbər verir ki, bu qərar qurumun Buxarestdə keçirilən 53-cü Baş Assambleyasında qəbul edilib. 

Toplantıda İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Türkiyə Olimpiya Komitəsinin (TOK) baş katibi Neşe Gündoğan çıxış ediblər. 

Avropa Milli Olimpiya Komitələri prezidenti Spiros Kapralosun namizədliyi ratifikasiya etməklə bağlı xahişi alqışlarla qarşılanıb. Yarışı qəbul edəcək şəhərlə AOK arasında müqavilə yaxın aylarda imzalanacaq.

Namiq HUN

tag: Avropa, Oyun, İstanbul, Milli, todaypress.az,