Avropa nəhənglərinin Kanselo mübahisəsi

İdman

19.08.2024 10:15

“Barselona” “Mançester Siti”nin cinah müdafiəçisi Joao Kanselonu almaqda maraqlıdır.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün 20 milyon avro təklif edir.

Amma “şəhərlilər” “Barselona” 25 milyon avro verəcəyi təqdirdə, futbolçu ilə ayrılmağa hazırdırlar.

Qeyd edək ki, Kanselo ötən mövsümdə icarə əsasında Kataloniya klubunda çıxış edib. 30 yaşlı müdafiəçi 42 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Namiq HUN

tag: Barselona, Kanselo, Kataloniya, Klub,Mançester Siti, todaypress.az,