Avropa nəhəngi gürcü futbolçu ilə anlaşdı

İdman

25.06.2024 15:30

"Napoli" klubunun vingeri Xviça Kvaratsxeliya PSJ ilə müqavilənin şərtlərini razılaşdırıb.

TodayPress xəbər verir ki, tərəflər 5 illik anlaşıb. Kvaratsxeliya yeni klubunda ilinə 7,5 milyon avro alacaq. 

Paris klubu bundan sonra "Napoli" ilə danışıqlara başlayacaq. Fransa çempionu Neapol təmsilçisinə 100 milyon avro təklif edib. Amma qarşı tərəf daha çox tələb edir.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ilin yayından "Napoli"də çıxış edir. O, ötən mövsüm “cənublular”ın heyətində keçirdiyi 45 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Namiq HUN

tag: Avropa, Napoli Klubu, Paris, Kvaratsxeliya, todaypress.az,