Avropa Liqası: "Qarabağ"ın rəqiblərindən fərqli nəticələr
İdman
26.09.2024 09:23
UEFA Avropa Liqasının Liqa mərhələsi "Qarabağ"ın rəqiblərinin oyunları ilə start götürüb.
TodayPress xəbər verir ki, "Elfsborq" səfərdə uduzub, "Budo-Qlimt" isə evdə qalib gəlib.
İsveç təmsilçisi Niderlandda "AZ Alkmaar"ın qonağı olub. Hesabı qonaqlar açsalar da, sonradan meydan sahibləri oyunda dönüş ediblər 3:2.
"Budo-Qlimt" - "Porto" qarşılaşmasında da eyni senari qeydə alınıb. Oyunda hesabı Portuqaliya təmsilçisi açsa da, sonradan Norveç təmsilçisi üstünlüyə nail olaraq qələbə qazanıb 3:2.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsi çərçivəsində 7 noyabrda “Budo-Qlimt"lə, 11 dekabrda isə “Elfsborq”la qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.
Namiq HUN
tag: Elfsborq ,Budo-Qlimt ,Niderland ,İsveç ,Portuqaliya ,Norveç ,todaypress.az,