Avropa Liqası: “Qarabağ” “Ayaks”a qarşı
Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
TodayPress xəbər verir ki, Ağdam təmsilçisi III turda Niderland “Ayaks”ı ilə qarşılaşacaq.
Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.
Daha əvvəl “Qarabağ” iki dəfə Avropa Liqasının təsnifat mərhələsinin “play-off”unda “Tvente” klubu ilə qarşılaşıb. Üç oyun heç-heç başa çatıb. Bir görüşdə isə “Tvente” qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçını şotlandiyalı Nikolas Uolşun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
Namiq HUN
tag: Qarabağ, Ayaks, Niderland, Tvente, Nikolas, todaypress.az,