Avropa Liqası: Liqa mərhələsi start götürür

İdman

25.09.2024 10:55

2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start veriləcək.

TodayPress xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Maraqlı oyunlardan biri Türkiyədə keçiriləcək. “Qalatasaray” İstanbulda Yunanıstanın PAOK klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Bu tur həmçinin İngiltərənin “Mançester Yunayted” klubu Niderland təmsilçisi “Tvente”ni qəbul edəcək.

“Qarabağ” klubunun rəqiblərindən olan İsveçin “Elfsborq” komandası ilk tur səfərdə Niderlandın AZ klubu ilə qarşılaşacaq. Norveçin “Budyo-Qlimt” komandası isə Portuqaliya “Porto”sunu  qəbul edəcək. 

Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.

Namiq HUN

tag: Avropa Liqası ,İngiltərə ,İsveç ,Mançester Yunayted ,Niderland ,todaypress.az,