Avropa Liqası: İngilislərdən uğurlu start
UEFA Avropa Liqasında (AL) yarımfinal mərhələsinə start verilib.
TodayPress xəbər verir ki, İngiltərə klubları ilk oyunlarda inamlı qələbə qazanıblar.
“Tottenhem” Londonda Norveçin “Budo-Qlimt” klubunu qəbul edib. “Hotspur” qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Tottenhem”in heyətində Brennan Conson, Ceyms Meddison və Dominik Solanke fərqlənib. “Budo-Qlimt”in təsəlli qoluna isə Ulrik Saltnes imza atıb.
“Mançester Yunayted” isə ilk oyunda İspaniyada “Atletik”in qonağı olub. Bilbao təmsilçisi doğma meydanda gözlənilmədən “qırmızı şeytanlar”a böyük hesabla uduzub. Kazemironun hesabı açdığı oyunda Brunu Fernandeş dubl edib 3:0.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 8-də keçiriləcək.
Namiq HUN
tag: Avropa Liqası,İdman,Futbol,İngiltərə,todaypress.az,