Avropa Liqası: “Ayaks” Riqada büdrədi
İdman
24.01.2025 09:25
UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
TodayPress xəbər verir ki, son oyun günündə 16 matç baş tutub.
Turun sürpriz nəticəsi Latviyada qeydə alınıb.
Yerli RFS böyük ənənələri olan “Ayaks” klubuna qalib gəlib. Görüşün taleyini 1 qol həll edib.
“Qarabağ”ın Liqa mərhələsindəki rəqibi “Olimpiakos” isə səfərdə “Porto”ya 1:0 hesabı ilə qalib gəlib.
Turun digər görüşlərinin nəticələri
AZ - “Roma” - 1:0 “Fənərbağça” - “Lion” - 0:0 “Qarabağ” - FCSB - 2:3 “Viktoriya” - “Anderlext” - 2:0 “Budyo Qlimt” - “Makkabi” (Təl-Əviv) - 3:1 “Malmö” - “Tvente” - 2:3 “Hoffenhaym” - “Tottenhem” - 2:3 “Mançester Yunayted” - “Reyncers” - 2:1 “Ayntraxt” - “Ferentsvaroş” - 2:0 “Latsio” - “Real Sosyedad” - 3:1 PAOK - “Slaviya” (Çexiya) - 2:0 “Yunion” - “Benfika” - 2:1 “Ludoqorets” - “Midtyullan” - 0:2 “Elfsborq” - “Nitsa” -1:0
Namiq HUN
tag: Latviya,RFS,Ayaks,Hesab,Todaypress.az,