Avropa Kubokunda medallarımızın sayı 3-ə çatdı

İdman

16.03.2025 13:45

1097

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku davam edir.

TodayPress xəbər verir ki, yarışda millimiz daha 2 medal qazanıb.

40 kq çəkidə mübarizə aparan Mədinə Hüseynova və 44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.

Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

tag: Xorvatiya,Poreç,Cüdo,Avropa kuboku,Xədicə Abdullayeva ,Aysun Məmmədova,todaypress.az,