Avropa Kubokunda 20 cüdoçumuz tatamiyə çıxacaq

İdman

20.11.2024 16:35

Yunanıstanda cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək. 

TodayPress Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 23-24-də Saloniki şəhərində təşkil olunacaq yarışda Azərbaycanı 8 çəki dərəcəsində 20 cüdoçu təmsil edəcək. 

Avropa Kuboku turnirinin mükafatları uğrunda Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hamısı 60 kq), Ayxan Ələkbərov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (hamısı 81 kq), Səid Hüseynov (90 kq), Sübhan Axundov, Tunar Fərzəliyev, Cavidan Məsimov (hamısı +90 kq) mübarizə aparacaqlar. 

Namiq HUN

tag: Yunanıstan,Cüdo,Avropa Kuboku,Cüdo Federasiyası,todaypress.az,