Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları medal sayına görə ikinci oldu
Çexiyanın Teplitse şəhərində keçirilən
yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2
medal qazanıb.
Bu barədə TodayPress-ə Azərbaycan Cüdo
Federasiyasından bildirilib.
Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın
gümüş medalına yiyələnib.
Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb.
Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova
(-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov
(-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.
Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9
medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.
tag: Çexiya,Avropa Kuboku, Azərbaycan, Medal, İkinci, Cüdo, todaypress.az,