Avropa futbol klubları Bakıda bəyannamə imzalayacaqlar
İdman
12.11.2024 17:50
“Qarabağ” klubu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.
TodayPress xəbər verir ki, təşəbbüs COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib.
“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov bildirib ki, tədbir Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil ediləcək.
“Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşıladılar. Əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik. Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik. Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq”.
Qeyd edək ki, futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi Zonanın "Nəsimi" zalında baş tutacaq.
Namiq HUN
tag: Avropa, ECA, Qarabağ, Bəyannamə, İqlim, todaypress.az,