Avropa Cüdo Birliyi: "Fidan əsl çempiondur!”

İdman

09.09.2024 12:10

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında Azərbaycanın gənclərdən ibarət yığma komandasının Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatındakı uğuru barədə "FİDAN ƏSL ÇEMPİONDUR!” başlıqlı məqalə dərc olunub.

TodayPress xəbər verir ki, məqalədə bildirilir:

“Medal cədvəlində birinci yer (4-2-2), üstəlik, Fransa ilə həyəcanlı final duelindən sonra qarışıq komanda qızılı. Azərbaycan komandası Avropa çempionatında dörd gün boyunca öz tonunu saxladı. Azərbaycan himni daimi favoritə çevrildi. Yarışın dördüncü və sonuncu günündə də vəziyyət dəyişmədi”.

Gənclərin qarışıq Avropa çempionatının titulu uğrunda həlledici duel 8 dəqiqə 19 saniyə davam edib. Fidan Əlizadə ilk döyüşdəki məğlubiyyətin əvəzini Alya De Karvalyodan alaraq xoş sonluğa imza atıb. 

Qeyd edək ki, komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub. 

Namiq HUN

tag: ,