Avropa çempionu yanvardan milli ilə məşqlərə başlayacaq
Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü olan Elcan Hacıyevin (90 kq) son durumuna aydınlıq gəlib.
TodayPress xəbər verir ki, Avropa çempionu 1 aydır fiziki məşqlərə start verib.
Hacıyev 2025-ci ilin yanvar ayından milli komanda ilə birlikdə məşqlərə başlayacaq. Bərpa prosesi gözlənildiyi kimi olarsa, Elcan martdan yarışlara qoşulacaq.
Xatırladaq ki, Elcan Hacıyev Paris Olimpiadasının 1/8 final mərhələsində Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonlarında çiynindən xəsarət alıb.
Namiq HUN
tag: Cüdo, Azərbaycan, Avropa, Çempion, Elcan Hacıyev, todaypress.az,