Avropa çempionu xüsusi mükafata layiq görüldü
Azərbaycan akrobatı Ağasif Rəhimov Lüksemburqda keçirilən Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
TodayPress Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Raziyə Seyidli ilə qarışıq cütlükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançıya Avropa Gimnastikası tərəfindən “Shooting star” mükafatı təqdim olunub.
Qeyd edək ki, gimnastlarımız qitə çempionatını 8 medalla başa vurub.
Kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş (çoxnövçülük, balans, temp hərəkətləri), Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu gümüş (temp) və bürünc (balans) medallara sahib çıxıblar.
Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Anahita Bəşiri ilə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qadın qrupları isə üçüncü yerləri tutublar.
Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qadın və kişi qrupu Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Namiq HUN
tag: Azərbaycan,Akrobat,Ağasif Rəhimov,Mükafat,Todaypress.az,