Avropa çempionu sensasiyaya izn vermədi

İdman

16.06.2024 01:23

Dortmunddakı “Siqnal İduna Park” stadionunda son çempion İtaliya ilə Albaniya yığması arasında Avro-2024-ün B dördlüyü çərçivəsində qrup mərhələsinin 1-ci turunun oyunu keçirilib.


TodayPress xəbər verir ki, matç Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayraminin Avropa çempionatları tarixinin ən sürətli qolu ilə başlayıb. Bayrami 23-cü saniyədə İtalyanları mərkəzə dəvət edib 1:0. Buna qədər rekord 2004-cü il Avropa çempionatında Yunanıstanla oyunda 68-ci saniyədə qol vuran Rusiya millisinin sabiq futbolçusu Dmitri Kiriçenkoya məxsus idi. 

İtalyanlar erkən qol şokundan matçın 11-ci dəqiqəsində çıxıblar. Müdafiəçi Alessandro Bastoni hesabı bərabərləşdirib 1:1. 16-cı dəqiqədə isə yarımmüdafiəçi Nikolo Barella İtaliya millisini hesabda önə çıxarıb 2:1.

Nəticədə İtaliya - Albaniya matçı 16 dəqiqə ərzində ən çox qol vurulması üzrə daha bir Avropa rekordunu müəyyən edib. Buna qədər üç qolun vurulduğu ən sürətli vaxt Avro-2016-nın 1/8 final mərhələsinin İngiltərə - İslandiya matçında (2:1) 18 dəqiqə olub.

Qeyd edək ki, bu komandalar bir-biri ilə cəmi dörd dəfə oynayıb. İtaliya millisi həmişə qalib gəlib.

 Namiq HUN

tag: İtaliya, Albaniya, Avropa çempionu, Rusiya millisi, todaypress.az,