Avropa çempionu “play-off”suz qala bilər
İdman
24.06.2024 10:53
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin növbəti görüşləri keçiriləcək.
TodayPress xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq. Düsseldorfda Albaniya 1/8 finala adını yazdıran İspaniya millisi ilə qarşılaşacaq. Daha əvvəl Xorvatiya millisindən xal qoparan albanlar sürprizə ümid edirlər. Balkan təmsilçisinə qələbə çox lazımdır. Onda Silvinyonun komandası ən azı üçüncü yeri tutacaq.
Leypsiqdə isə pley-offun bir addımlığında olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq. Xorvatiya ilə heç-heçə də komandaya kifayət edir. Amma İtaliya Xorvatiyaya uduzsa və Albaniya gözlənilmədən İspaniyaya qalib gəlsə, hazırkı Avropa çempionu pley-offsuz qalacaq.
Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: Avropa Çempionu, Leypsiq, İtaliya, Xorvatiya, todaypress.az,