Avropa çempionu kokain qaçaqmalçılığına görə həbs edildi

İdman

05.04.2025 18:30

2725

Uzunluğa tullanma üzrə Avropa çempionu Petar Daçev Bolqarıstanda kokain qaçaqmalçılığına görə həbs edilib.   

TodayPress xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb. 

Petar Daçev 5 milyon leva (təxminən 2,5 milyon avro) dəyərində olan 30 kq kokainin daşınmasında iştirak edib. Məhkəmə onun həbs olunması ilə bağlı qərar verib. 

Qeyd edək ki, Daçev gənclər arasında dünya çempionu (1998), açıq havada Avropa çempionatının (1998) və qapalı məkan çempionatının (2002) bürünc mükafatçısı olub.   

45 yaşlı atlet 2000-ci ildə Nikosiyada qapalı məkanda keçirilən Avropa çempionatında 8.30 metr hündürlüyə tullanaraq Bolqarıstan tarixində dördüncü ən yaxşı nəticəni göstərib.   

Namiq HUN

tag: Petar Daçev,Çempion,Kokain,Həbs,Todaypress.az,