Avropa çempionu karyerasını bitirdi
Hücumçu Alvaro Neqredo karyerasını bitirib.
TodayPress xəbər verir ki, “Valyadolid” klubunun futbolçusu 39 yaşında qərar verib.
A.Neqredo karyerası ərzində İspaniyada “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya”, İngiltərədə “Mançester Siti”, “Midlsbro”, Türkiyədə isə "Beşiktaş"da çıxış edib.
Neqredo “Mançester Siti”nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionu titulunu qazanıb və Liqa Kubokuna sahib çıxıb.
İspaniya millisinin sabiq futbolçusu 2012-ci ildə “qırmızı furiya” ilə Avropa çempionu olub. O, milli karyerasında keçirdiyi 21 oyunda 10 qol vurub.
Namiq HUN
tag: Alvaro Neqredo,Futbolçu, Klub, Liqa , todaypress.az,