Avropa çempionu 65 yaşında vəfat etdi

İdman

15.11.2024 14:24

SSRİ yığmasının tərkibində yunan-Roma güləşi üzrə Avropa çempionu olan Minseit Tazetdinov 65 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keçmiş güləşçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Qeyd edək ki, əməkdar idman ustası olan Minseit Tazetdinov 1984-cü ildə Avropa çempionu olub. O, bir il sonra isə qitə turnirində gümüş mükafata layiq görülüb. Tazetdinov həmçinin 1985-ci ildə keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Namiq HUN

tag: SSRİ, Roma, Avropa, Çempion, Güləş,Minseit Tazetdinov, todaypress.az,