Avropa çempionları pomidorla mükafatlandırıldılar

İdman

18.07.2024 09:30

Futbol üzrə Avropa çempionu titulunu qazanan Fabian Ruis və Xesus Navas doğma şəhərlərində mükafatlandırılıblar.

TodayPress xəbər verir ki, İspaniya yığmasının üzvləri Almaniyadakı uğurlu çıxışa görə pomidora layiq görülüblər.

Onların doğulduğu Sevilya yaxınlığındakı Los-Palasos-i-Vilyafranka şəhəri tomat istehsalı üzrə məşhurdur. Ruis və Navas ənənəyə uyğun öz çəkiləri miqdarında pomidorla mükafatlandırılıblar. Fabian 83,2, Xesus isə 64,7 kq tərəvəzə layiq görülüb.

Namiq HUN

tag: Avropa, İspaniya, Ruis, Navas, Xesus, todaypress.az,