Avropa çempionatının favoritləri bir arada

İdman

05.07.2024 10:59

Futbol üzrə Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları start götürəcək.

TodayPress xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları qarşılaşacaq. Hərəyə üç dəfə Avropa çempionu olan rəqiblər, həm də turnirin iki ən titullu komandasıdır.

Mütəxəssislərin erkən final adlandırdıqları matçı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək. Ştutqartdakı “Mersedes-Bents-Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. 

Günün növbəti qarşılaşmasında son iki mundialda finala yüksələn Fransa Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya həm də Kilian Mbappe ilə Kriştiano Ronaldonun dueli kimi baxılır. 

Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hamburqdakı “Folksparkştadion"da baş tutacaq oyun saat 23:00-da başlayacaq. 

Namiq HUN

tag: Avropa, Almaniya, İspaniya, İngiltərə, Fransa, todaypress.az,