Avropa çempionatında yeni rekord müəyyənləşdi
Albaniyada usta ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Dürres turnirinə beş atletlə yollanan Azərbaycan komandasının dörd üzvü fəxri kürsüyə yüksəlib.
Komandamızın heyətində Zülfüqar Süleymanovla (M40, 67 kq) Vaqif Müsadiq (M70, 81 kq) qitə yarışının qızıl medalını qazanıblar.
Böyüklər arasında Avropa çempionatının gümüş medalçısı olan Süleymanov, həmçinin ustalar arasında yeni rekord da müəyyənləşdirib.
O, təkanla qaldırmada 137 kq çəkini ram etməklə əvvəlki rekordu 1 kq üstələyib.
Digər ağırlıqqaldıranlarımızdan Natiq Həsənov (M45, 96 kq) və Eldar Məmmədov (M45, 130 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Namiq HUN
tag: Azərbaycan,Ağırlıqqaldıran,Avropa,Çempionat,Todaypress.az,
