Avropa çempionatında “play-off” oyunları başlayır
İdman
29.06.2024 10:06
Futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin oyunları start götürəcək.
TodayPress xəbər verir ki, günün ilk matçında İsveçrə və İtaliya yığmaları qarşılaşacaq.
Berlindəki “Olimpiaştadion” stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək. Şimon Marçinyakın (Polşa) idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
Pley-off mərhələsinin daha bir oyunu Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.
Dortmundun "Siqnal İduna Park" stadionunda A qrupunun birincisi olan meydan sahibləri C qrupunun ikincisi ilə qarşılaşacaq. Maykl Oliverin (İngiltərə) fit sahibi olduğu matç saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Avropa, Çempion, Futbol, Berlin, Pley-off, todaypress.az,