Avropa çempionatına 11 atlet yollanacaq
İdman
22.10.2024 18:45
Polşada ağırlıqqaldırma üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
TodayPress xəbər verir ki, oktyabrın 24-dən noyabrın 4-dək Raşin şəhərində təşkil olunacaq yarışda Azərbaycanı 10 oğlan və 1 qız atlet təmsil edəcək.
Məşqçilər Polşada Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlüyə (109 kq) şans verəcəklər.
Qızların yarışında körpücük üzərinə Rahilə Hüseynzadə (81 kq) çıxacaq.
Namiq HUN
tag: Avropa, Çempionat, Azərbaycan, Polşa, todaypress.az,