Avropa çempionatı üçün qeydiyyat başa çatdı

İdman

17.10.2024 17:04

Azərbaycanı şahmat üzrə Avropa çempionatında təmsil edəcək idmançılar məlum olub.  

TodayPress xəbər verir ki, noyabrın 8-19-da Monteneqroda çempionatın mükafatları uğrunda mübarizə aparacaq 406 şahmatçıdan 22-si azərbaycanlı olacaq. 

Şahmatçılarımız arasında ən yüksək reytinqli qrossmeyster 23-cü pillədə olan Rauf Məmmədovdur.

Petrovaç turnirində Azərbaycanı həmçinin Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Misrəddin İskəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Abdulkərimli, Orxan Bağırov və Kamran Vəlizadə təmsil edəcəklər.

Namiq HUN

tag: Avropa, Çempionat, Şahmat,Rauf Məmmədov ,Azərbaycan, todaypress.az,