Avropa çempionatı: Şükürov QIZIL MEDAL qazandı
İdman
06.09.2024 17:57
Azərbaycanın daha bir cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksadre Loladze ilə qarşılaşıb.
Buna qədər cüdoçumuz qitə yarışınin təsnifat mərhələlərində Kipr, Xorvatya və Gürcüstan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. Süleyman final uğrunda görüşdə Ukrayna cüdoçusunu üstələyib. Həlledici görüşdə isə digər gürcüstanlı rəqibi Aleksadre Loladzeni məğlub edərək Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, ikinci yarış günündən sonra millimizin aktivində 4 qızıl və 1 gümüş medal var.
Namiq HUN
tag: Qızıl Medal, Azərbaycan,Süleyman Şükürov ,Kipr, Xorvatiya, todaypress.az,