Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazandı

İdman

12.03.2025 21:50

827

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.

 

tag: Azəərbaycan, Serbiya, Güləş, Elnurə Məmmədova, Albaniya, Tiranada, Avropa,Qızıl ,Medal, todaypress.az,