Avropa çempionatı Azərbaycanda keçiriləcək

İdman

09.11.2024 11:28

Azərbaycan 2026-cı ildə qadınlar arasında keçiriləcək voleybol üzrə Avropa çempionatında ev sahibliyi edəcək.

TodayPress xəbər verir ki, Avropa Voldeybol Konfederasiyası (CEV) açıqlama yayıb.

Azərbaycan qitə çempionatını Türkiyə, Çexiya və İsveçlə birlikdə təşkil edəcək. 

Hər ölkədə bir qrupun oyunları oynanacaq, pley-off və final qarşılaşmaları isə Türkiyədə keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda yarışacaq. 


Namiq HUN

tag: Avropa çempionatı, Voleybol, Azərbaycan, idman, todaypress.az,